Kimlərdən parklanma haqqı tələb edilə bilər? -

Kimlərdən parklanma haqqı tələb edilə bilər? - HÜQUQ MƏSLƏHƏTİ

08 Oktyabr 2026

Sual: Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər avtomobil parklanmasına görə nağd şəkildə pul tələb edə bilərmi?

Cavab: Xeyr edə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-1-ci maddəsinə əsasən dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə – fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Sual Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Heydər İbrahimli  tərəfindən cavablandırılıb