Hansı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hansı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər?
Cavab: İcra haqqında qanunun 18-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər.
1) borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda;
2) borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda;
3) icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə;
4) borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda;
Kəngərli rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas Şahmar Həşimov tərəfindən cavablandırılıb.








