Naxçıvan uzunömürlü insanların sayına görə ikinci yerdədir

Naxçıvan uzunömürlü insanların sayına görə ikinci yerdədir

06 Oktyabr 2026

Azərbaycanda 90 və daha yuxarı yaşda olan insanların sayı açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"  bildirir ki, Dövlət Statistika Komitəsinin 2026-cı il yanvarın 1-nə olan məlumatına görə, ölkə üzrə 24 256 nəfərin yaşı 90 və daha çoxdur.

Məlumata əsasən, Naxçıvan iqtisadi rayonunda 90+ yaşlı 1 861 nəfər yaşayır. Bu göstərici ilə Naxçıvan iqtisadi rayonlar arasında ikinci yerdədir.

İqtisadi rayonlar üzrə Naxçıvandan daha yüksək göstərici yalnız Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb – 2 188 nəfər.

Beləliklə, ölkədəki hər 100 uzunömürlüdən təxminən 8-i Naxçıvan iqtisadi rayonunun payına düşür.

Qeyd edək ki, Azərbaycanda 90 və daha yuxarı yaşda olan şəxslər uzunömürlülər kateqoriyasına aid edilir.