Ceyhun Cəlilov Culfa rayonunun sakinlərini  qəbul edəcək

Ceyhun Cəlilov Culfa rayonunun sakinlərini qəbul edəcək

23 Noyabr 2026

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov noyabrın 28-də Bənəniyar kəndində Culfa rayonunun sakinlərini  qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar noyabrın 23-dən 26-dək Səlahiyyətli Nümayəndəliyin (Info@arpsn.gov.az) elektron poçt ünvanına rəsmi müraciət etməklə və ya  (+994 36) 544 01 43 nömrəsinə zəng vurmaqla qeydiyyatdan keçə bilərlər.

Vətəndaşların qəbulu əvvəlcədən tərtib olunmuş qeydiyyat siyahısına əsasən həyata keçiriləcək.