Qismən sığorta ödənişləri necə həyata keçirilir? -

Qismən sığorta ödənişləri necə həyata keçirilir? - HÜQUQ MƏSLƏHƏTİ

23 Noyabr 2026

Sual: Qismən sığorta ödənişləri necə həyata keçirilir?

Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun.

Sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində keçir.

Sual Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Rəmzi Həsənov tərəfindən cavablandırıldı.