Qumar oyunu dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən “qumar oyunu” dedikdə nə başa düşülür?
Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1-ci maddəsinə əsasən, “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.








