Qeydiyyatsız tütün məmulatı istehsalına görə inzibati məsuliyyət varmı? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olma inzibati məsuliyyət yaradırmı?
Cavab: “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olmağa görə -vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.
Sual Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov tərəfindən cavablandırıldı.








