“Notların görüşü” konsert proqramı təşkil olunub -

“Notların görüşü” konsert proqramı təşkil olunub - FOTO

17 Noyabr 2026

Noyabrın 17-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri ilə Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli İncəsənət Məktəbinin birgə təqdimatında “Notların görüşü” adlı konsert proqramı keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konsertdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“Şəhərsalma və Memarlıq İli” və 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş konsertdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov, nazirlik aparatının əməkdaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Orkestrin bədii rəhbəri və dirijoru, Prezident mükafatçısı Cahangir Qurbanovun rəhbərliyi ilə keçirilən konsertdə Azərbaycan və xarici bəstəkarların sevilən əsərləri məharətlə təqdim edilib, alqışlarla qarşılanıb.

Sonda xatirə şəkli çəkdirilib.