Sədərək rayonunun ən aktiv oxucusu ilə görüş keçirilib -

Sədərək rayonunun ən aktiv oxucusu ilə görüş keçirilib - FOTO

13 Noyabr 2026

Noyabrın 13-də Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir  səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov “Ən aktiv oxucularımızı tanıyaq” layihəsi çərçivəsində Sədərək rayonunun ən aktiv oxucusu - bu ilin ötən dövründə 25 kitab oxuyan Həsənov Kamil Ələkbər oğlu ilə görüşüb.  

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Kamil Həsənova Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanını təqdim edilib, kitab hədiyyə olunub. Həmçinin bildirilib ki, Kamil Həsənov mövsüm ərzində Naxçıvanda keçirilən teatr tamaşalarında özü və ailə üzvləri ilə birlikdə ödənişsiz iştirak etmək imkanı əldə edib.