Naxçıvanda payızlıq taxıl əkinlərinin sahəsi ötən illə müqayisədə artıb
Naxçıvan Muxtar Respublikasında payızlıq taxıl əkinlərinin sahəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə məlumatına əsasən, muxtar respublika üzrə payızlıq taxıl əkinlərinin ümumi sahəsi 2025-ci ildəki 6 415,2 hektardan 2026-cı ildə 12 533,6 hektara çatıb. Beləliklə, əkin sahəsi 6 118,4 hektar və ya 95,4 faiz artıb.
Rayonlar üzrə göstəricilərə nəzər saldıqda, ən böyük artım Babək, Kəngərli və Culfa rayonlarında qeydə alınıb.
Belə ki, Babək rayonunda payızlıq taxıl əkinlərinin sahəsi 1 650,6 hektardan 4 310,9 hektara yüksələrək 2,6 dəfə, Kəngərli rayonunda 1 324 hektardan 2 221,5 hektara çataraq 1,7 dəfə artıb. Culfa rayonunda isə ötən il 224,7 hektar olan əkin sahəsi bu il 2 162,6 hektara yüksəlib. Bu, 9,6 dəfə artım deməkdir.
Qeyd edək ki, göstəricilər 13 noyabr 2026-cı il tarixinə olan rəsmi məlumatları əks etdirir.








