Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirilib

Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirilib

13 Noyabr 2026

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Respublika Qan Bankının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə institutun 90 nəfərədək heyəti iştirak edib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Respublika Qan Bankının tibb briqadası donorların sağlamlıqlarını yoxladıqdan sonra onlardan qan götürüb. 

Götürülən qan nümunələri müayinə edildikdən sonra sertifikatlaşdırılaraq qan ehtiyatların artırılması və ehtiyacı olan insanların müalicəsində istifadə olunması üçün təhvil verilib.

Tədbirin əsas məqsədi cəmiyyətdə və orduda könüllü və təmənnasız qan donorluğu ənənələrinin qorunub saxlanması, donor fəaliyyətinin əhəmiyyətini təbliği və cəmiyyətdə humanizm dəyərlərinin təşviqidir.