Naxçıvanda şəhid ailəsi qəzaya düşüb

Naxçıvanda şəhid ailəsi qəzaya düşüb

13 Noyabr 2026

Hadisə Babək rayonunun Çeşməbasar kəndi ərazisində baş verib.  

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “Kamaz” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində minik avtomobilində olan şəhid Zaman Məmmədlinin atası 1970-ci il təvəllüdlü Habil Məmmədli və anası 1973-cü il təvəllüdlü Raziyə Məmmədova xəsarət alıblar.

Onlar Naxçıvan MR Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.