Ötən ay 8 nəfər saxta pasportla sərhədi keçməyə cəhd edib

Ötən ay 8 nəfər saxta pasportla sərhədi keçməyə cəhd edib

08 Noyabr 2026

Azərbaycanda oktyabr ayında saxta pasportla və özgəsinə aid sənədlə sərhədi keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmçinin sərhəd rеjim qaydalarını pоzduqlarına görə 509 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.