İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin

İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin

08 Noyabr 2026

Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.

"Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsılmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaq. Onların arzuları gözlərində qalacaq. Biz bu sərvəti qoruyuruq. İki xalq ilk növbədə iki lider və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxudda ki, öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın", - Prezident deyib.

İlham Əliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi:

"7 ay sonra burada - Şuşada tarixi Şuşa Bəyannaməsi imzalandı və bu bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb. Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır. Dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur".