İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib -

İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08 Noyabr 2026

Noyabrın 8-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ziyafətdə konsert proqramı təqdim olunub.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan incəsənət xadimləri, həmçinin Vətən Müharibəsi qəhrəmanları, "Qarabağ" və "Zəfər" ordenləri ilə təltif edilmiş hərbi qulluqçularla görüşüb, foto çəkdiriblər.