Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub

Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub

08 Noyabr 2026

Müdafiə naziri Zakir Həsənov koronavirusa (COVID-19) yoluxub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi zamanı deyib.

"Zakir Həsənov xəstələndi, Covid oldu", - Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Zakir Həsənova salam söyləməyi tapşırıb, şəfa arzulayıb.

Xatırladaq ki, bu gün 8 Noyabr - Zəfər Günü ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfər gəlib. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada görüş keçirib.