Türkiyənin paytaxtında Azərbaycanın Zəfər günü işıqlı lövhələrlə əks olunub

Türkiyənin paytaxtında Azərbaycanın Zəfər günü işıqlı lövhələrlə əks olunub

08 Noyabr 2026

Ankarada Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) Əkiz Qüllələlərində və Atakuledə 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana təbriklər ünvanlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-in məlumatına görə, rəqəmsal reklam lövhələri Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü və Ankara Böyük şəhər bələdiyyəsi tərəfindən dəstəklənib.

Qeyd edək ki, ötən gündən başlayaraq Ankaranın əsas yolları və prospektləri boyunca da rəqəmsal reklam lövhələrində Azərbaycanın Zəfər günü işıqlandırılır. Reklam lövhələrində "Qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirik. Sizin sevinciniz bizim sevincimizdir!" - şüarları yazılıb.