Azərbaycan Respublikasının Konstitusiyası nə vaxt qəbul edilib? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Azərbaycan Respublikasının Konstitusiyası nə vaxt qəbul edilib?
Cavab: Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir.1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.
2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendumla) əlavə və dəyişikliklər edilmişdir.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.








