Uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə  tədbiri keçirilib -

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTO

12 Noyabr 2026

Noyabrın 11-də Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində maarifləndirmə tədbiri keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tTədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Regional Mərkəzinin rəhbəri vəzifəsini icra edən Qasım Bayramov və Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov giriş nitqi ilə çıxış edərək Ümumdünya Uşaq Hüquqları Gününün əhəmiyyətindən, uşaqların hüquqlarının qorunmasından və bu sahədə maarifləndirmənin vacibliyindən danışıblar.

Daha sonra Naxçıvan Regional Mərkəzin əməkdaşları Rəşid Talıbov və Vahidə Bayramova çıxış edərək Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, o cümlədən Ombudsmanın uşaqların hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması məqsədilə müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsinin xüsusiyyətləri, hüquq pozuntularının qarşısının alınmasında təsisatın rolu, uşaqların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, uşaq hüquqlarına dair maarifləndirici bukletlər paylanılıb və mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.