Təhsil naziri Ordubad rayonunda vətəndaş qəbulu keçirib - FOTO
Noyabrın 12-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov Ordubad rayonunda vətəndaşları qəbul edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək Ümummilli Liderin əziz xatirəsinə ehtiram ifadə edilib.
Daha sonra Ordubad Rayon Təhsil Şöbəsində keçirilən vətəndaş qəbulunda rayon sakinlərinin təhsil sahəsi ilə bağlı müraciətləri və problemləri dinlənilib.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlər isə aidiyyəti üzrə nəzarətə götürülüb. Nazir müraciətlərin qanunvericiliyin tələblərinə uyğun və obyektiv şəkildə araşdırılması, vətəndaşların məsələlərinin diqqətdə saxlanılması ilə bağlı müvafiq tapşırıqlar verib.















