Ağacların qanunsuz kəsilməsinə görə cərimə nə qədərdir? -

Ağacların qanunsuz kəsilməsinə görə cərimə nə qədərdir? - HÜQUQ MƏSLƏHƏTİ

12 Noyabr 2026

Sual: Meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə qanunvericilikdə nə qədər cərimə nəzərdə tutulub?

Cavab: Meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə -

fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.