İşçilərin pay iştirakı planı haqqında müqavilə nədir? -

İşçilərin pay iştirakı planı haqqında müqavilə nədir? - HÜQUQ MƏSLƏHƏTİ

11 Noyabr 2026

Sual: İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə nədir və paylar (səhmlər) işçinin tam mülkiyyətinə hansı şərtlərlə keçə bilər?

Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə dedikdə, kommersiya hüquqi şəxsin təsisçisinin (iştirakçısının) və ya onun verdiyi səlahiyyət əsasında işəgötürənin təşəbbüsü ilə işçiyə güzəştli şərtlərlə və ya ödənişsiz əsasla müəssisənin paylarının (səhmlərinin) verilməsi və ya gələcəkdə onları əldə etmək (almaq) hüququnun tanınması ilə bağlı məsələləri tənzimləyən ayrıca müqavilə başa düşülür.

Təsisçi və ya işəgötürənlə işçi arasında bağlanan işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə payların (səhmlərin) işçinin tam mülkiyyətinə keçməsi üçün zamana əsaslanan şərt-tərəflər arasında müəyyən edilmiş müddət ərzində işçinin işəgötürənlə əmək münasibətlərində olması şərtilə paya (səhmə) olan hüququnun hissə-hissə və ya müddətin sonunda tam qüvvəyə minməsi və ya hədəfə əsaslanan şərt-işçinin və ya kommersiya hüquqi şəxsin fəaliyyətində müəyyən hədəflərə nail olunması şərtilə paya (səhmə) olan hüququnun qüvvəyə minməsi şərtləri müəyyən edilə bilər.

Sual Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov   tərəfindən cavablandırıldı.