Ədalətsiz hökm çıxarmağa görə hansı məsuliyyət var? -

Ədalətsiz hökm çıxarmağa görə hansı məsuliyyət var? - HÜQUQ MƏSLƏHƏTİ

05 Noyabr 2026

Sual: Bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma hansı məsuliyyət yaradır?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 295-ci maddəsinə əsasən hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması—beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökm ilə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda—beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sual Kəngərli rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Sərxan Həsənzadə tərəfindən cavablandırıldı.