Kosmosun hərbiləşdirilməsi beynəlxalq hüquqla necə tənzimlənir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Kosmosun hərbiləşdirilməsi beynəlxalq hüquqla necə tənzimlənir?
Cavab: Kosmos hüququ kosmik fəzanın müəyyən hərbi məqsədlərlə istifadəsinə məhdudiyyətlər qoyur. Xüsusilə kütləvi qırğın silahlarının Yer ətrafı orbitə yerləşdirilməsi və Ayda və digər səma cisimlərində belə silahların yerləşdirilməsi qadağandır. Ay və digər səma cisimlərindən yalnız dinc məqsədlərlə istifadə olunması prinsipi kosmos hüququnun əsas müddəalarından biridir. Bununla yanaşı, kosmosda hərbi peyklərin və müəyyən digər hərbi vasitələrin mövcudluğu məsələsi beynəlxalq hüquqda daha mürəkkəb qaydalarla tənzimlənir. Dövlətlər kosmik fəaliyyəti həyata keçirərkən beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə bağlı öhdəliklərini nəzərə almalıdırlar.
Sual Ordubad rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas Ülvi Hüseynov tərəfindən cavablandırıldı.








