Xarici ölkədə ödənilən verginin nəzərə alınması dedikdə nə başa düşülür? -

Xarici ölkədə ödənilən verginin nəzərə alınması dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ

04 Noyabr 2026

Sual: Xarici ölkədə ödənilən verginin nəzərə alınması dedikdə nə başa düşülür?

Cavab: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 127-ci maddəsinə əsasən:

1. Rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.

2. Vergi Məcəlləsinin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.

Sual Şahbuz  rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünasYaqub Salamzadə tərəfindən cavablandırıldı.