Prezident Naxçıvandakı jurnalistləri də təltif edib
Prezident İlham Əliyev “Media nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə imzalanan Sərəncama əsasən, Azərbaycanda medianın inkişafında xidmətlərinə görə bir sıra media nümayəndələri təltif olunublar.
Təltif olunanlar arasında Naxçıvandan olan media nümayəndələri də var.
Belə ki, 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilənlər sırasında Arzu Telman qızı Quliyeva, “Tərəqqi” medalı ilə təltif olunanlar arasında isə Lalə Abbas qızı Allahverdiyeva və Təhminə Adil qızı Babayeva yer alıblar.
Qeyd edək ki, Sərəncamla ölkə üzrə ümumilikdə 78 media nümayəndəsi müxtəlif orden və medallarla təltif edilib, iki nəfərə isə Prezidentin fərdi təqaüdü verilib.









