Gələn il orta aylıq pensiya 640 manat olacaq

Gələn il orta aylıq pensiya 640 manat olacaq

05 Noyabr 2026

Bu il Azərbaycanda orta pensiyanın 595 manat, gələn il isə bundan 45 manat çox - 640 manat olacağı gözlənilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə keçirilən iclasda - "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Əvvəlki illərdə olduğu kimi cari və növbəti ildə də orta aylıq pensiyanın orta aylıq əmək haqqının 50 %-dən az olmaması qorunacaq. Bununla da, pensiyalar Beynəlxalq Əmək Təşkilatının sosial təminatın 40 %-lik minimum norması haqqında müvafiq konvensiyasına cavab verəcək", - deyə o qeyd edib.