Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib -

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib - SƏRƏNCAM

04 Noyabr 2026

Prezident İlham Əliyev Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri. Kamran İmanovun "Şərəf" ordeni ilə təltif edilməsi ilə əlaqədar Sərəncam imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, K. İmanov ordenlə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyük xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, K. İmanovun noyabrın 5-də 80 yaşı tamam olacaq.