Gələn il baytarlıq tədbirlərinə 53 milyon manatdan çox vəsait sərf olunacaq
Gələn il Azərbaycanda dövlət büdcəsindən baytarlıq tədbirləri üçün 53,3 milyon manat ayrılacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, 2027-ci ilin büdcə zərfində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirə edilib.
Büdcə zərfinə əsasən, bu vəsaitdən baytarlıq xidmətlərinin həyata keçirilməsi üçün 23 milyon manat, vaksinlərin, dərmanların və baytarlıq ləvazimatlarının alınması, saxlanılması və onların daşınması üçün 18,2 milyon manat, xüsusi təhlükəli heyvan xəstəlikləri ilə əlaqədar zərər çəkən hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsi üçün 0,5 milyon manat, heyvanların identifikasiyası və elektron uçotu sisteminin qurulması üçün 9,7 milyon manat, heyvanların xüsusi təhlükəli xəstəlikləri üzrə laboratoriya diaqnostikasının aparılması üçün 1,9 milyon manat nəzərdə tutulub.








