Renta müqaviləsi mülki qanunvericilikdə necə təsbit olunub? -

Renta müqaviləsi mülki qanunvericilikdə necə təsbit olunub? - HÜQUQ MƏSLƏHƏTİ

06 Noyabr 2026

Sual: Renta müqaviləsi mülki qanunvericilikdə necə təsbit olunmuşdur?

Cavab: Renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür. Renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir. Renta ödənilməsi üçün özgəninkiləşdirilən əmlakı renta alan renta ödəyicisinin mülkiyyətinə haqq müqabilində və ya pulsuz verə bilər.

Sual Şərur rayon prokurorunun köməkçisi Nazlı İsmayılzadə tərəfindən cavablandırıldı.