Güləş Federasiyasının Naxçıvan üzrə nümayəndəliyi yaradılıb

Güləş Federasiyasının Naxçıvan üzrə nümayəndəliyi yaradılıb

06 Noyabr 2026

Azərbaycan Güləş Federasiyasında (AGF) Azərbaycanın coğrafi-iqtisadi bölgüsünə uyğun olaraq 14 regional nümayəndəlik formalaşdırılıb. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəlikdə koordinator vəzifəsinə Əməkdar məşqçi Faiq İsgəndərov təyin olunub. Hazırda Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində çalışan, F.İsgəndərov 2015–2022-ci illərdə Naxçıvan Güləş Federasiyasının sədr müavini olub. 

Qeyd edək ki, AGF-də regional koordinatorlarla görüş keçirilib və nümayəndəliklərin fəaliyyət istiqamətləri, koordinatorların vəzifə öhdəlikləri, regionlarda güləşin inkişaf strategiyası və qarşıda duran vəzifələr müzakirə edilib.