İdmançımız ölkə birinciliyinin medalçıları sırasında

İdmançımız ölkə birinciliyinin medalçıları sırasında

27 Oktyabr 2026

Bakı şəhərində Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatı keçirilib. Bodibildinq və Fitnes Federasiyası tərəfindən təşkil olunan yarışda müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yarışa Naxçıvan Muxtar Respublikasından da idmançılar qatılıb. Naxçıvan təmsilçilərindən Fərid Oruczadə bodibildinq üzrə “Men's Physique Junior” kateqoriyasında ikinci yerə layiq görülüb. İdmançı ilk dəfə iştirak etdiyi ölkə çempionatını gümüş medalla tamamlayıb.