Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları tutulub

Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları tutulub

27 Oktyabr 2026

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.