Azərbaycan sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb

Azərbaycan sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb

20 Oktyabr 2026

Azərbaycandan Rusiya istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.