Ali Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb
Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il payız sessiyasının növbəti plenar iclası oktyabrın 22-də keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş);
2. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
3. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2026-cı il 14 iyul tarixli Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş);
4. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin üzvünün seçilməsi.








