Naxçıvanda yağışlı hava gözlənilir – XƏBƏRDARLIQ
Naxçıvan Muxtar Respublikası ərazisində oktyabrın 21-dən 23-dək yağıntılı hava şəraiti gözlənilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qeyd olunan tarixlərdə dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq. Yüksək dağlıq ərazilərdə yağıntının sulu qara keçəcəyi ehtimal olunur.
Şərq küləyi əsəcək, arabir küləyin sürəti saniyədə 15 metrədək güclənəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz isə 21-26 dərəcə isti olacağı gözlənilir.








