Naxçıvanda yağış, leysan və sel ehtimalı var
Oktyabrın 6-sı axşam saatlarından 7-si gündüzədək Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.
Oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağıntıların güclənəcəyi gözlənilir.
Yağıntılı hava şəraiti ilə əlaqədar muxtar respublikanın bəzi çaylarında suyun səviyyəsinin artacağı, ayrı-ayrı çaylarda qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.








