Naxçıvan və rayonlarında yağıntının miqdarı açıqlanıb

Naxçıvan və rayonlarında yağıntının miqdarı açıqlanıb

09 Noyabr 2026

Noyabrın 8-də düşən yağıntının miqdarı Naxçıvan şəhərində 9, Şahbuzda 15, Küküdə (Şahbuz) 13, Biçənəkdə (Şahbuz) 14, Şərurda 9, Axurada (Şərur) 11, Ordubadda 13, Parağaçayda (Ordubad) 18, Culfada 4, Kəngərlidə 12, Sədərəkdə isə 7 mm olub.

 Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, qarın hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 m) 39, Parağaçay Qar Uçqunu Stansiyasında (Ordubad) 18, Nürgütdə (Ordubad) 16, Axurada (Şərur) 9, Kəngərlidə 7, Küküdə (Şahbuz) 15, Biçənəkdə (Şahbuz) isə 10 sm qeydə alınıb.