Özgür Özəl İlham Əliyevə zəng edib

Özgür Özəl İlham Əliyevə zəng edib

09 Noyabr 2026

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyevin “X” hesabında məlumat paylaşılıb.

Məlumatda qeyd olunub ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib.

“Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunmuşdur”, - deyə məlumatda vurğulanıb.