Culfada küləyin maksimal sürəti 16 m/s-yə çatıb

Culfada küləyin maksimal sürəti 16 m/s-yə çatıb

02 Oktyabr 2026

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz, Şabran, Quba, Qusarda şimşək çaxır, arabir yağış yağır.

Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 16 m/s-yə çatır.