Ermənistan Zəngəzur dəhlizinin təməlqoyma vaxtını açıqlanıb

Ermənistan Zəngəzur dəhlizinin təməlqoyma vaxtını açıqlanıb

02 Oktyabr 2026

Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan TRIPP layihəsinin (Zəngəzur dəhlizi) təməlinin 2027-ci ilin əvvəlində qoyulmasının mümkün olduğunu açıqlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səfir bu barədə jurnalistlərlə söhbətində danışıb.

Onun sözlərinə görə, proqram çoxsaylı komponentləri əhatə edir və hazırda bununla bağlı müvafiq araşdırmalar aparılır.

“Biz bütün mərhələləri keçmişik. Bizim tərəfdən Vaşinqtona çoxsaylı nümayəndə heyətləri göndərilib, Vaşinqtonda müxtəlif idarələrarası görüşlər keçirilib. İndi isə proqram yetişib və praktiki icra mərhələsinə keçib. Düşünürük ki, gələn ilin əvvəlində təməlqoyma mərasiminin keçirilməsi mümkün olacaq”, – diplomat bildirib.

Mkrtçyan qeyd edib ki, hətta adi bir binanın tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasının nə qədər vaxt apardığını nəzərə almaq lazımdır.

“İndi isə təsəvvür edin ki, bu layihənin nə qədər çox komponenti var”, – Ermənistanın ABŞ-dakı səfiri əlavə edib.