Naxçıvanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Oktyabrın 1-dən 5-dək Naxçıvan Muxtar Respublikasının ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, həmin günlərdə fasilələrlə yağış yağacağı, bəzi yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Yüksək dağlıq ərazilərdə qar yağacağı da gözlənilir.
Qərb küləyi 5-10 m/s təşkil edəcək, bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Havanın temperaturu əvvəlki günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.








