Naxçıvanda bu qurumun vətəndaş qəbulu müvəqqəti olaraq DOST Mərkəzində keçiriləcək
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ" -nə bildirilib ki, Nazirliyin və tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun vətəndaş qəbulu şöbələrində aparılan təmir işləri ilə əlaqədar oktyabrın 1-dən vətəndaş qəbulu müvəqqəti olaraq Naxçıvan Regional DOST Mərkəzində həyata keçiriləcək.
Vətəndaşlar əmək və məşğulluq, pensiya, müavinət və təqaüdlər, əlillik və reabilitasiya, eləcə də Nazirliyin fəaliyyət sahələrinə aid digər məsələlərlə bağlı Naxçıvan Regional DOST Mərkəzinə müraciət edə bilərlər.








