Xocalı və Ağdərəyə növbəti dəfə 87 nəfər köçürülüb - YENİLƏNİB
Sentyabrın 30-da Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu gün həyata keçirilən köç mərhələsində Xocalı şəhərinə 78 nəfərdən ibarət 17 ailə, Xocalının Xanyurdu kəndinə 1 ailə, 5 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə isə 4 nəfərdən ibarət 1 ailə qayıdıb.
Beləliklə, ümumilikdə 19 ailə olmaqla 87 nəfərin Xocalı və Ağdərə rayonlarına köçü təmin edilib. Köçürülən sakinlərə yeni yaşayış mənzillərinin açarları təqdim olunub.








