Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

30 Sentyabr 2026

Müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Müdafiə İşləri üzrə Dövlət Naziri və Nazirlər Kabinetinin üzvü cənab Məhəmməd bin Mübarək Fadəl Əl Mazrouei ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Zakir Həsənov Azərbaycanla BƏƏ arasında son dövrlərdə hərbi əməkdaşlığın inkişafının müsbət nəticələri olduğunu qeyd edib.

Həmkarına beynəlxalq sərginin təşkilinə görə təşəkkür edən Məhəmməd bin Mübarək Fadəl Əl Mazrouei Azərbaycana səfərinin və tədbirdə iştirakının xoş təəssüratlarını bildirib, qarşılıqlı səfərlərin və görüşlərin səmərəliliyini, həmçinin təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə tərəflər iki ölkə arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, birgə təlimlər, eləcə də müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı dövlətlər arasında dialoqun əhəmiyyəti haqqında fikir mübadiləsi aparıblar.