Kəngərlidə ağır qəza baş verib
Kəngərlidə ağır qəza baş verib, 5 nəfər xəsarət alıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Böyükdüz kəndi ərazisindən keçən hissəsində baş verib. 75-BX-715 dövlət nömrə nişanlı "Xəzər" markalı avtomobil yoldan çıxaraq aşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar - 2010-cu il təvəllüdlü Ələsgərli Hüseyn Vilayət oğlu, 1998-ci il təvəllüdlü Rəsulov Xəyal İbrahim oğlu, 2009-cu il təvəllüdlü Əliyev Nihad Kamal oğlu, 2002-ci il təvəllüdlü Xəlilzadə Vaqif Eldəniz oğlu və 2007-ci il Tahirov Qəzənfər Rasim oğlu Naxçıvan Muxtar Respublika xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, fakla bağlı araşdırma aparılır.








