Naxçıvanda skuterlə motosiklet toqquşub
Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, motosikletlə skuterin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Xəsarət alanlar – Uğur Əsgərov, Amin Quliyev və Simuzər Xəlilli Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.








