Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026

İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İslam Respublikasının Prezidenti ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" IRIB-yə istinadən xəbər verir ki, görüşdə İran-Azərbaycan əlaqələrinin inkişafı müzakirə olunub.

"Quru, hava və dəmir yolu marşrutlarının inkişafı Tehran və Bakı əlaqələrinin möhkəmləndirilməsinə zəmin yaradır", - məlumatda bildirilib.

Nəqliyyat və dəhliz marşrutlarının gücləndirilməsini və mövcud imkanlardan istifadə edilməsini vurğulanıb.

Xatırladaq ki, dünən Ş. Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü keçirilib.