Bu il nəzarət olunan çimərlik ərazilərində batan olmayıb

Bu il nəzarət olunan çimərlik ərazilərində batan olmayıb

29 Sentyabr 2026

Cari ilin ötən dövrü ərzində FHN-in nəzarət etdiyi çimərlik ərazilərində sudaboğulma halı qeydə alınmayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, xilasedicilərin çevik müdaxiləsi nəticəsində cari ilin ötən dövründə su hövzələrində xilas edilənlərin ümumi sayı ötən ilin analoji dövrü ilə müqayisədə 31 faiz artaraq 73 nəfərdən 107 nəfərə yüksəlib:

"Xüsusilə, çimərlik mövsümündə sudaboğulma təhlükəsi ilə üzləşən və xilas edilən şəxslərin sayı 70-dən 97-yə yüksəlıb ki, bu da təxminən 39 faiz artım deməkdir".

Həmçinin qeyd olunub ki, sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərindən istifadə edilməsi nəticəsində baş verib.

"Bunun da əsasında küləkli havada və ya sərxoş halda suya girmə, uşaq və yeniyetmələrin nəzarətsiz buraxılması, o cümlədən, xüsusən bölgələrimizdə çay, göl, suvarma kanalları və çimərlik üçün nəzərdə tutulmayan digər su hövzələrindən istifadə olunması kimi hallar dayanır".