Azərbaycan məhsulları "The Saudi Food Show 2026" sərgisində nümayiş olunur

Azərbaycan məhsulları "The Saudi Food Show 2026" sərgisində nümayiş olunur

29 Sentyabr 2026

Azərbaycan məhsulları Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən "The Saudi Food Show 2026" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

Bildirilib ki, Ciddədə "The Saudi Food Show 2026" sərgisi keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 20 şirkətinin və "İstisu" mineral su zavodunun məhsulları "Made in Azerbaijan" vahid ölkə stendində təqdim olunur.

Stenddə qənnadı məhsulları, konservləşdirilmiş məhsullar, un məmulatları, qurudulmuş və təzə meyvələr, çərəzlər, alkoqolsuz içkilər, mineral sular, bal, eləcə də digər ərzaq məhsulları nümayiş olunur.

Bundan başqa, stenddə iştirakçılara ölkəmizdə sahibkarlara göstərilən dəstək mexanizmləri, əlverişli biznes və investisiya mühiti, eləcə də iştirakçı şirkətlərin fəaliyyəti barədə materiallar təqdim edilir.